Mütləq rekord üçün 2 qələbə qaldı

ESTAFET/ İngiltərənin “Mançester Siti” klubu bütün turnirləri əhatə edən qələbə seriyasını 21 oyuna çatdırıb. Qvardiolanın yetirmələri Premyer Liqada “Vulverhempton”a 4:1 hesabı ilə qalib gəlib.

Bu, “Böyük beşlik” liqaları üçün 3-cü göstəricidir. Mütləq rekord “Bavariya”ya məxsusdur. Almaniya təmsilçisi ötən il 2020-ci ildə ardıcıl 23 dəfə qalib gəlib. 2014-cü ildə Karlo Ançelottinin rəhbərlik etdiyi “Real” 22 dəfə sevinib.

Qeyd edək ki, “Mançester Siti” növbəti oyununu martın 7-də “Mançester Yunayted”ə qarşı keçirəcək.

Müəllif: Natiq NƏSİROV