“Rizəspor”da yeni baş məşqçi
ESTAFET/ Türkiyə klubu “Rizəspor”un yeni baş məşqçisi müəyyənləşib. Rizə təmsilçisini bundan sonra Bülənt Uyğun çalışdıracaq.
Marius Şumudiçanı istefaya göndərən Super Liqa klubu yeni baş məşqçisini təqdim edib. Bülənt Uyğun açıqlamasında əsas məqsədinin komandanı elitada saxlamaq olduğunu söyləyib.
Qeyd edək ki, “Rizəspor” hazırda 28 xalla Super Liqada 16-cı pillədə yer alır.