“Everton” bütün futbolçularına mühafizəçi tutacaq

ESTAFET/ İngiltərənin “Everton” klubu bütün futbolçularına mühafizəçi tutacaq. Liverpul təmsilçisi qapıçı Robin Olsenin evi silahlı qarətçilərin girməsindən sonra belə addım atmağa qərar verib.

Komandanın üzvlərinə mühafizəçilərin xidməti təklif olunacaq. Həmçinin futbolçulara silahlı qarət zamanı necə davranmaq barədə xüsusi mühazirə təşkil edilib.

“Everton” təkcə öz oyunçularının təhlükəsizliyi ilə kifayətlənməyib. Klub rəhbərliyi futbolçuları yaxın ərazidə yaşayan “Liverpul”, “Mançester Yunayted” və “Mançester Siti”yə də mümkün təhlükə barədə xəbərdarlıq edib.

Müəllif: Orxan NOVRUZOV