DRS ZONASI DƏYİŞMƏYƏCƏK - FORMULA 1

ESTAFET/ Mövsümün əvvəlində Beynəlxalq Avtomobil İdmanı Federasiyasında (FIA) yürüşlər zamanı ötmələr müzakirə olunurdu. Hətta təklif edilmişdi ki, bir neçə yürüş zamanı bu hallar analiz edilsin və ehtiyac olacağı təqdirdə DRS zonasında müəyyən dəyişikliyə gedilməsi barədə tədbirlər görülsün.


Lakin ötmə halları nəzərəçarpancaq dərəcədə azalıb - Soçidə keçirilən yürüş zamanı cəmisi 1 ötmə qeydə alınıb (ötən il bu say 29 idi). Rusiya Qran-Prisindən sonra Texniki İşçi Qrupun iclasında bu məsələ müzakirəsi zamanı FIA nümayəndəsi Federasiyanın hazırkı vəziyyətdən razı qaldığını və hər hansı bir xüsusi dəyişikliyə gedilməyəcəyini açıqlayıb. DRS zonası 2016-cə ildə olduğu kimi qalacaq.

 

Mənbə: F1News.ru