İntizam Komitəsinin açıqladığı qərarlar

ESTAFET/ Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Baş tutan iclasda aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın XX turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun 77 nömrəli futbolçusu Merab Qiqauri “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur;
“Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
XX turun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun XVII turunun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XVII turun “Kəpəz” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XVII turun “Keşlə-2” – “Qarabağ-2” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Keşlə-2” klubunun 37 nömrəli futbolçusu Fərid Nadirov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
Oyun bitdikdən sonra “Keşlə-2” klubunun baş məşqçisi Rüstəm Əliyev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
XVII turun “Sumqayıt-2” – MOİK oyununda MOİK klubunun 44 nömrəli futbolçusu Ramil Orucov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
“Sumqayıt-2” – MOİK oyununda xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur;
XVII turun “Turan Tovuz” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 72 nömrəli futbolçusu Kamran Quliyev “qeyri-etik ifadə”yə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
