Qətərlə 3-cü qarşılaşma

ESTAFET/ Azərbaycan millisi tarixində 3-cü dəfə Qətərlə qarşılaşacaq. Macarıstanın Debretsen şəhərindəki yoldaşlıq oyununa qədər komandalar iki dəfə üz-üzə gəlib.

Hər iki matç Dohada keçirilib. Millimiz səfərdəki yoxlama oyunlarında uduzmayıb. Hər iki görüşdə qol vuran, amma həm də qapısından top buraxan yığmanın aktivində qələbə və heç-heçə var. 

Millimizin bu matçlardakı ilk qoluna Rüfət Dadaşov imza atıb. İkinci oyunda isə Tərlan Quliyevlə Araz Abdullayev fərqlənib.

29 may 2013. Doha. YO. Qətər – Azərbaycan  1:1
9 mart 2017. Doha. Qətər – Azərbaycan  1:2

Müəllif: Bəhruz MƏMMƏDOV