Skorupski koronavirusa yoluxub

ESTAFET/ Polşa milisinin qapıçısı Lukaş Skorupski koronavirusa yoluxub. İtaliya “Bolonya”sında çıxış edən qolkiperin testi müsbət nəticə verib.

Yığmanın düşərgəsində olan 29 yaşlı əlcək sahibinin təkrar testini gözləməyən məşqçilər korpusu milliyə yeni futbolçu cəlb edib. Bu, 21 yaşlı qapıçı Karol Nemçitskidir.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin ilk turunun Macarıstanla oyununda (3:3) Skorupski ehtiyatda qalıb. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV