“Səbail” Bəybalayevlə yollarını ayırdı

ESTAFET/ “Səbail” futbolçusu Vüqar Bəybalayevlə yollarını ayırıb. Bu barədə klub feysbuk səhəfəsində məlumat yayıb.
Bildirilib ki, Bakı təmsilçisi Bəybalayevlə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, Vüqar cari mövsüm Premyer Liqada 9 oyun keçirib. O, mövsümün sonunadək Gürcüstanın "Telavi" klubunda çıxış edəcək.
