500-ə çatması gözlənilən futbolçular

ESTAFET/ Dünya futbol tarixində çox az futbolçu 500 qol səddinə çatıb. Son olaraq “Atletiko”nun forvardı Luis Suares buna nail olub.

Suares karyerasını davam etdirənlər arasında qollarının sayını 500-ə çatdıran 5-ci futbolçudur. Həmin siyahıya qoşulması real görünən futbolçular isə aşağıdakılar ola bilər:

Harri Keyn (“Tottenhem”)
İngiltərə futbolunun son illər yetişdirdiyi ən önəmli hücumçu olan Keyn indiyə qədər aktivinə 263 qol yazdırıb. Düzdür, 500-ə çatmaq üçün bir o qədər də fərqlənməlidir. Ancaq hazırda 27 yaşının olduğunu məhsuldarlığını ildən-ilə artırdığını nəzərə alsaq, bunu reallaşdırması sürpriz olmamalıdır.

Ali Aşfaq (“Valensiya”)
Karyerası yalnız Maldiv adaları və Malayziya ilə məhdudlaşan Aşfaq 16 yaşında peşəkar futbolda debüt edib, 18 yaşında isə milliyə çağırılıb. 464 qola imza atan hücumçunun hazırda 35 yaşı var. Bundan sonra 36 qol vurmaq üçün o qədər də çox vaxtı qalmayıb.

Serxio Aquero (“Mançester Siti”)
Uzunmüddətli zədədən yenicə qayıdan argentinalı hələlik əvvəlki formasını bərpa etməyib. “Mançester Siti” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Aquero 500 qol səddinə çata bilər.

Erlinq Haland (“Borussiya”, Dortmund)
Siyahıdakı futbolçular arasında bunu reallaşdırması ən çox inandırıcı görünən sima yəqin ki, Halanddır. Çünki cəmi 20 yaşı olmasına baxmayaraq, artıq aktivində 124 qol var.

Neymar (PSJ)
“Santos” və PSJ-də qol sayında xeyli irəliləyişə nail olan “sambaçı”nın “Barselona”da da statistikası zəif deyildi. Ancaq Messi-Suares-Neymar “trio”sunda ən az qol vuran oyunçu idi. Klub karyerasında 325 dəfə fərqlənən Neymar Braziliya millisinin heyətində də 64 qola imza atıb.

Kilian Mbappe (PSJ)
Cəmi 22 yaşı olan forvard böyük futbolda 5-ci mövsümünü keçirir. Artıq rəqib qapılarına 167 top keçirməyi bacarıb. Qısa müddətdə bu rəqəmə çatan bir oyunçu üçün 500 qolu keçmək çətin olmaz. Əsas odur ki, zədələnməsin və formadan düşməsin.

Müəllif: Natiq NƏSİROV