Əliyar Ağayev Danimarka – Moldova oyununda

ESTAFET/ FIFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsinin oyununa təyinat alıb.
Martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
