İtaliya millisinin heyətində 3 itki

ESTAFET/ İtaliya millisinin 3 futbolçusu DÇ-2022-nin seçmə mərhələsinin iki görüşündə iştirak etməyəcək. "Football-Italia" nəşrinin xəbərinə görə, "Yuventus"dan Corco Kyellini, "Sassuolo"dan Françesko Kaputo və Domeniko Berardi heyətdən çıxarılıb.

Kyellini son dönəmdəki zədələri ilə bağlı risk etməmək qərarına gəlib, Berardi Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub etdikləri I tur matçında xəsarət alıb.

Yüngül zədə ilə yığmaya qoşulan Kaputonun isə durumu hələ düzəlməyib.

Qeyd edək ki, İtaliya yığması martın 28-də Bolqarıstanın, martın 31-də isə Litva-nın qonağı olacaq.

Müəllif: Orxan NOVRUZOV