Millimizin oyunlarının vaxtı müəyyənləşib

ESTAFET/ 17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. 

B liqasında 3 komandalı qrupda yer alan millimiz bu ilin sentyabrın 27-də Monteneqro, 30-da isə Albaniya yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

Xatırladaq ki, 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV