“Bakıda futbol müharibəsi olacaq”: Dan Tana

ESTAFET/ Serbiyanın veteran futbol mütəxəssisi Dobrivoye Tanasiyeviç ölkəsinin mətbuatına müsahibəsində DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Serbiya matçı barədə fikirlərini bölüşüb.
Dan Tana kimi tanınan 88 yaşlı sabiq futbol funksioneri komandalarından Bakıda qələbə gözlədiyini söyləyib.
- Bakıdakı oyundan nə gözləyirsiniz?
- Xüsusilə Azərbaycan və Lüksemburqla matçlarda çox diqqətli olmalıyıq. Bunlar xal qazanmalı olduğumuz oyunlardır. Portuqaliyaya qarşı itirəcəyimiz heç nə olmadığı üçün müqayisəedilməz dərəcədə çətin bir qarşılaşma bizi gözləyir və indi qalib gəlməliyik. Evdə şübhəsiz ki, ilhamlanacaq və aqressiv olacaq bir rəqibə qarşı bu təzyiq altında oynamaq asan deyil. Bu texnikamızın və zəkamızın üstünlük təşkil etməsi gərəkən futbol müharibəsi olacaq və bunu qazanmalıyıq.
- Azərbaycan yığması son iki oyunda Portuqaliya (0:1) və Qətərə (1:2) məğlub olub. Rəqibi bu dəfə də məğlub etmək çətin olmayacaq?
- Təxminən iyirmi il əvvəl Azərbaycana qarşı xoşagəlməz təcrübəmiz var. Amma çox şey öyrənmişik. Bundan əlavə, yeni bir səhifə açmışıq. Draqan Stoykoviçin gəlişindən sonrakı dəyişiklikləri görə bilirik.
- Serbiya yığmasının seçmə mərhələdəki ilk iki oyunu sizi təəccübləndirdi?
- Başlanğıc nəticələr tərifə, müsbət düşüncə tərzinə, öhdəliklərə düzgün yanaşmaya və milli qürur oyanışına yol açır. Baş məşqçinin xarizmasının bir hissəsini futbolçulara ötürdüyü və onlarda özünəinamı bərpa etdiyi görülə bilər.
- İrlandların Lüksemburqa məğlubiyyəti Serbiya millisi üçün sevindirici nəticə deyil?
- Biz seçmə mərhələnin hələ əvvəlindəyik, qarşıda çox oyun var. Qeyri-müəyyənliklər mövcuddur. Bakıda qalib gəlməyimiz şərtilə hazırkı vəziyyət məni qane edir. (apasport.az)
