Serbiya ilə qarşılaşma üçün "23-lük"

ESTAFET/ DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin Azərbaycan – Serbiya oyunundan öncə komandaların “23-lüy”ü bəlli olub.

Sərəncamında 30 oyunçu olan italiyalı mütəxəssis Namiq Ələsgərov, Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu “23-lüy”ə daxil etməyib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə
Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev

Müəllif: Natiq NƏSİROV