Millimiz qələbə qazanıb

ESTAFET/ Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

“Qəbələ”nin U-19 komandası ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qalib gəlib. U-17-nin qollarını Nahid Əliyev, Sənan Ağalarov və Rüfət Abbasov vurub.

Müəllif: Orxan NOVRUZOV