De Xea komandasından ayrılır

ESTAFET/ İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı David de Xea ilə yollarını ayırmaq variantlarını nəzərdən keçirir. Premyer Liqa təmsilçisi ispan qolkiperin gedişi üçün pul da ödəməyə hazırdır.

Baş məşqçi Ole-Qunnar Sulşerin digər qapıçı Den Henderseondan razı olması İngiltərə çempionatının ən yüksək ödənişlisi olan de Xea ilə yolları ayırmaq üçün əsas verir. O, həftədə 350 min funt sterlinq qazanır. Mançesterlilər onunla müqaviləyə xitam verilməsi üçün kompensasiya da ödəməyə razıdır.

Qeyd edək ki, de Xea 2011-ci ildə “Atletiko”dan “Mançester Yunayted”ə keçib.

Müəllif: Bəhruz MƏMMƏDOV