Millimiz 12 itirib 2 geri düşdü - FIFA reytinqi

ESTAFET/ FIFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb. Aprelin 8-də dərc ediləcək cədvəldə bir sıra dəyişikliklər olacaq.

Təxmini siyahıda Azərbaycan millisinin də mövqeyi bilinib. Canni de Byazinin yetirmələri 1168 xalla dünyada 110-cudur.

Komandamız ötən ayla müqayisədə 12 xal itirib və 2 pillə geri düşüb. Dörd yığma - KXDR, Zimbabve, Qvineya-Bissau, Tailand millimizi arxada qoyub. Əvəzində komandamız Mozambiklə Farer adalarını keçib, eyni xala malik olduğu Estoniyadan uzaqlaşıb.

Belə geriləməyə səbəb martda keçirilən matçlardakı uğursuzluqlar səbəb olub. Yığmamız DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya 0:1, Serbiyaya 1:2 uduzan milli Qətərlə yoldaşlıq görüşündə də aciz qalıb – 1:2.

Qeyd edək ki, təxmini siyahının ilk 3 sırasında dəyişiklik olmayıb. Belçika (1783), Fransa (1757) və Braziliya (1743) öndədir. 1505 xala malik Türkiyə 3 pillə irəliləyərək 29-cu sırada yer alıb.

Müəllif: Natiq NƏSİROV