Radu "Latsio"nun tarixinə düşdü

ESTAFET/ Ştefan Radu İtaliyanın “Latsio” klubunun tarixinə düşüb. Müdafiəçi Roma klubunun tarixində ən çox oyun keçirən futbolçu adına yiyələnib.

“Spetsiya” ilə görüş Radunun paytaxt təmsilçisində 402-ci oyun olub. Bununla da rumıniyalı legioner yeni rekorda imza atıb.

Qeyd edək ki, bunadək “Latsio”nun rekordçusu Cüzeppe Favalli idi. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV