Dünya çempionatı Daşkənddə olacaq

ESTAFET/ Kişi boksçular arasında 2023-cü ildə təşkil olunacaq dünya çempionatının yeri bəlli olub. Bunu AIBA-nın prezidenti Umar Kremlyov açıqlayıb. 

O bildirib ki, 2023-cü ildə keçiriləcək mundiala Özbəkistan ev sahibliyi edəcək. Yarış bu ölkənin paytaxtı Daşkənddə olacaq. 

Dünya çempionatının keçirilmə tarixi hələ dəqiqləşməyib. 

Qeyd edək ki, 2021-ci ilin dünya çempionatı Serbiyanın paytaxtı Belqradda keçirilməlidir. 

Müəllif: Natiq NƏSİROV