Lukaku Ronaldonu geridə qoydu

ESTAFET/ İtaliya “İnter”inin futbolçusu Romelu Lukaku klubun heyətində 60-cı qolu vurub. Belçikalı forvard A seriyasının “Bolonya” lə matçında (1:0) fərqlənib.
Lukaku 60 qolu 66 oyunda vurub. O, bununla da braziliyalı Ronaldonu arxada qoyub. “Yekədiş” “İnter”də 99 matçda 59 qola imza atıb.
Qeyd edək ki, Romelu 2019-cu ildə “Mançester Yunayted”dən 73 milyon funt sterlinqə transfer olunub.
