Dortmundlular üçün ciddi itki

ESTAFET/ Dortmund “Borussiya”sı ciddi itki ilə üzləşib. Gənc hücumçu Yussufa Mukoko sıradan çıxıb.

Almaniyanın U-21 yığmasının düşərgəsində olarkən məşq zamanı zədələnən 16 yaşlı forvardın tibbi müayinə zamanı ayaq bağlarından ciddi xəsarət aldığı və mövsümü vaxtından əvvəl başa vurduğu müəyyənləşib.

Qeyd edək ki, Yussufa Mukoko ötən ildən “Borussiya”nın əsas komandasına cəlb olunub.

Müəllif: Orxan NOVRUZOV