“Borussiya” Haland və Sanço ilə bağlı qərarını açıqladı

ESTAFET/ Dortmund “Borussiya”sının baş icraçı direktoru Hans-Yoaxim Vatske aparıcı futbolçuları Erlinq Haland və Cedon Sanço ilə bağlı qərarlarını açıqlayıb.
Tanınmış biznesmen norveçli forvardı heç bir təklifə satmaq istəmədiklərini söyləyib.
Vatske bunu Halandın özünə də dediklərini sözlərinə əlavə edib: “Erlinqin özü, atası və meneceri Mino Rayola ilə görüşmüşük. Bizimlə qalmasını və gələn mövsüm də “Borussiya” üçün qollar vurmasını istəyirik. Başqa bir planımız yoxdur”.
Bundesliqa klubunun rəsmisi Sanço ilə bağlı isə fərqli fikirdə olduqlarını vurğulayıb: “Astronomik təklif gələrsə, Sançonun durumunu müzakirə edə bilərik. O zaman futbolçunun özü və menecerindən də təklif göndərən klubu istəyib-istəmədiyini soruşarıq”.
Qeyd edək ki, Sanço İngiltərə, Haland isə İspaniya nəhənglərinin maraq dairəsindədir. (apasport.az)
