“Premyer Liqa klubları olmadan Superliqa davam edə bilməz”: Anyelli

ESTAFET/ “Yuventus”un prezidenti Andrea Anyelli Avropa Superliqasının baş tutmasına ümidini itirib. Bunu yeni yaradılan turnirin vitse-prezidenti təyin edilən Anyelli yerli mətbuata açıqlamasında bildirib.
O, İngiltərə klublarının yarışdan imtina qərarından sonra Superliqanın keçirilmə ehtimalının qalmadığını etiraf edib: “Premyer Liqa klubları olmadan Superliqa davam edə bilməz”.
Qeyd edək ki, Avropa Superliqasında 12 klubun iştirakı təsdiqlənsə də, İngiltərənin 6 klubu sonradan yarışdan imtina edib.
