AVRO-2020-nin ev sahiblərinə yenidən vaxt verildi

ESTAFET/ UEFA AVRO-2020-nin ev sahiblərinin təsdiqlənməsi ilə bağlı qərar tarixini yenidən artırıb. "Marca” nəşrinin məlumatına görə, buna səbəb təşkilatçı şəhərlərdən 3-ü ilə danışıqların hələ yekunlaşmamasıdır.

Qurum bugünkü iclasından sonra təşkilatçı şəhərlərin tam tərkibini açıqlamağı planlaşdırırdı. Lakin Münhen, Bilbao və Dublinin hələ də azarkeşlərlə bağlı təminat verməməsi üzündən qitə futbol qurumunun prezidenti Aleksandar Çeferin aprelin 23-də prosesin başa çatacağını açıqlayıb.

Qeyd edək ki, Bakı, Sankt-Peterburq, Budapeşt, Amsterdam, Buxarest, Kopenhagen, Qlazqo, London və Roma AVRO-2020 matçlarına azarkeşlərin buraxılmasına dair təminat verib.

Müəllif: Natiq NƏSİROV