Futbolçularımız Türkiyə yolunda

ESTAFET/ Azərbaycanlı futbolçuların mövsümün sonunda Türkiyəyə kütləvi axını baş tuta bilər. Bir neçə oyunçumuz yayda TFF I liqa klublarına keçməyi planlaşdırır.
Bunlar, xüsusən də, komandalarında əsas heyətə düşə bilməyənlərdir. Konkret olaraq “Səbail”in müdafiəçisi Kamal Qurbanovun “Bandırmaspor”a, “Sabah”ın yarımmüdafiəçisi Elşən Abdullayevin “Tuzlaspor”a, “Qəbələ”nin müdafiəçisi Yusif Nəbiyevin “Altay”a keçmək ehtimalı var. Həmçinin birinci divizion təmsilçisi “Kəpəz”in arxa xətt oyunçusu Novruz Məmmədov da həvəskarlar liqasında mübarizə aparan “1461 Trabzon”a yollana bilər.
Vaxtilə həvəskar komanda “Ardahanspor”un qapısını qoruyan sabiq qolkiper Elnar Kərimov isə adıçəkilən komandadan iş təklifi alıb. (apasport.az)
