Superliqa fikrinə düşənlər A Seriyasından çıxarılacaq

ESTAFET/ İtaliya çempionatı ilə bağlı Əsasnamədə dəyişiklik ediləcək. Bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina deyib.

O bildirib ki, bundan sonra hansı klub Superliqa kimi bir turnirə qatılmaq fikrinə düşsə, A seriyasından çıxarılacaq: “FİFA və ya UEFA tərəfindən maliyyələşdirilməyən turnirlərdə iştirak etməyi planlaşdıran klublar üzvlüyünü itirəcək və çempionatımızı tərk edəcəklər. Avropa Superliqasını kimlərin tərk etməməsindən xəbərimiz yoxdur. Amma indi Əsasnamədə dəyişiklik edilməlidir. Əgər iyunun sonunda kimsə özəl bir turnirdə iştirak etsə, İtaliya çempionatını tərk etmək məcburiyyətində qalacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl yaradılan və cəmi iki gün sonra fəaliyyətini dayandıran Avropa Superliqasında “Yuventus”, “Milan” və “İnter” qeydiyyatdan keçmişdi.

Müəllif: Natiq NƏSİROV