Güləşçilərimiz üçün uğursuz gün, 2 bürünc şansı

ESTAFET/ Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Mübarizəyə 1/4 finaldan qoşulan Murad Bazarov belaruslu rəqibinə yenilib.

Namaz Rüstəmov ilk görüşdə Serbiya təmsilçisiylə bacarmayıb. Ancaq rəqib finaladək irəlilədiyi üçün Namaz aprelin 25-də təsəlliverici görüşə çıxacaq.

İlk dəfə böyüklər arasında Avropa çempionatında iştirak edən Xasay Həsənli debütdə Moldova güləşçisinə qalib gəlib. Ancaq 1/8 finalda sebiyalı həmkarına minimal fərqlə uduzub.

Tuncay Vəzirzadə 1/8 finalda Moldovadan olan rəqibinin öhdəsində gəlib. Ancaq 1/4 finalda Gürcüstan təmsilçisi keçilməz olub.

Zamir Məhəmmədov üçün debüt uğursuz alınıb. Təmsilçimiz startda macar rəqibinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Zamir aprelin 25-də bürünc medal görüşünə çıxacaq.

60 kq
1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus) 1:3

67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya) 0:6
Təsəlliverici görüş: Namaz Rüstəmov - Zaur Kabaloyev (İtaliya)

72 kq
Təsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova) 5:3
1/8 final: Xasay Həsənli - Aleksandr Maksimoviç (Serbiya) 2:3

82 kq
1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova) 6:3
1/4 final: Tuncay Vəzirzadə - Alvenqo Rikadze (Gürcüstan) 2:5

97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan) 0:4
Bürünc medal görüşü: Zamir Məhəmmədov - Nikalay Stadub (Belarus)

Müəllif: Natiq NƏSİROV