Dibala qərarını verdi

ESTAFET/ “Yuventus”un hücumçusu Paulo Dibala gələcəyinə qərar verib. Argentinalı ulduz futbolçu “qoca sinyora”da qalmaq niyyətindədir.

28 yaşlı hücumçu özü bu barədə klub rəhbərliyini məlumatlandırıb. Ancaq tərəflər hələ də müqavilənin uzadılması məsələsində razılığa gələ bilməyib. Turin təmsilçisi yüksək məvacibi səbəbindən onunla yolları ayırmağın əleyhinə deyil.

Qeyd edək ki, “Yuventus”la müqavilə müddəti gələn ilin yayına qədər olan Dibala “Atletiko”nun maraq dairəsindədir. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV