Avstriya kubokunun qalibi məlum olub

ESTAFET/ Futbol üzrə Avstriya kubokunun qalibi müəyyənləşib. Həlledici görüşdə LASK və “Zalsburq” komandaları üz-üzə gəliblər. Görüş “Zalsburq”un 3:0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, “Zalsburq” klub tarixində 8-ci dəfə ölkə kubokunu qazanıb. Komanda bu titulları son 9 ildə əldə edib.

Müəllif: Orxan NOVRUZOV