İtaliya kubokunda komanda sayı azaldılır

ESTAFET/ İtaliya Kubokunun formatında dəyişiklik edilib. Gələn mövsümdən C və D seriyasının komandalarının ölkə kuboku yarışlarında iştirak etməməsi qərara alınıb.

Bu səbəbdən həmin liqaların təmsilçilərinin qatıldığı ilkin mərhələlər ləğv olunub. Ölkə kuboku A və B seriyasının ümumilikdə 40 klubunun iştirakı ilə keçiriləcək. Format dəyişikliyində məqsəd həm oyun sayını azaltmaq, həm də azarkeşlər və yayımçılar üçün yarışı daha cəlbedici etməkdir.

Bu qərar C və D seriyası klublarının rəhbərləri tərəfindən narazılıqla qarşılanıb. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV