AVRO 2020-nin ən dəyərli yığmaları: 10-luq

ESTAFET/ AVRO-2020 ilə bağlı araşdırmalar davam edir. Bu dəfə qitə birinciliyinə qatılacaq yığmaların ümumi dəyəri və transfer qiyməti ən baha olan futbolçuları müəyyənləşib.
Bu baxımdan İngiltərə millisi hamını qabaqlayır. İlk “10-luğ”un açıqlandığı siyahıya başçılıq edən ingilislərin futbolçularının ümumi dəyəri 1 milyard 260 milyon avrodur. Britaniya təmsilçisi 1 milyardı keçən yeganə komandadır.
O ki qaldı futbolçulara, AVRO-2020-nin ən bahalı siması Fransa millisinin hücumçusu Kilian Mbappedir. Gənc forvardın transfer dəyəri 162 milyon avro olaraq göstərilib. Rahim Sterlinq və Kevin De Bruyne də 100 milyondan bahadır.
1. İngiltərə - 1 milyard 260 milyon avro
50 milyondan baha futbolçusu: 6
100 milyondan baha futbolçusu: 3
Ən bahalı futbolçusu: Rahim Sterlinq – 115 milyon
2. Fransa – 932 milyon
50 milyondan baha futbolçusu: 8
100 milyondan baha futbolçusu: 1
Ən bahalı futbolçusu: Kilian Mbappe – 162 milyon
3. İspaniya – 758 milyon
50 milyondan baha futbolçusu: 5
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Ansu Fati – 72 milyon
4. Portuqaliya – 686 milyon
50 milyondan baha futbolçusu: 4
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Joao Feliks – 72 milyon
5. Almaniya – 664 milyon
50 milyondan baha futbolçusu: 7
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Serj Qnabri – 81 milyon
6. Belçika – 616 milyon
50 milyondan baha futbolçusu: 4
100 milyondan baha futbolçusu: 1
Ən bahalı futbolçusu: Kevin De Bruyne – 108 milyon
7. İtaliya – 591 milyon
50 milyondan baha futbolçusu: 2
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Canluici Donnarumma – 54 milyon
8. Niderland – 422 milyon
50 milyondan baha futbolçusu: 4
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Vircil van Deyk – 72 milyon
9. Xorvatiya – 318 milyon
50 milyondan baha futbolçusu: 0
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Mateo Kovaçiç – 41 milyon
10. Danimarka – 263 milyon
50 milyondan baha futbolçusu: 0
100 milyondan baha futbolçusu: 0
Ən bahalı futbolçusu: Kristian Eriksen – 45 milyon
