Ramil Quliyevin tarixi rekord vuracağına inanır

ESTAFET/ Azərbaycanlı atlet Ramil Quliyev 200 metr məsafəyə qaçışda Avropa rekordunu qırmağa çalışacaq. Bunu Türkiyə Atletika Federasiyasının prezidenti (TAF) Fatih Çintimar deyib.

Türkiyə millisinin Ərzurumdakı təlim-məşq toplanışını ziyarət edən federasiya prezidenti həmyerlimizin italiyalı atletə məxsus rekordu yeniləyəcəyinə inandığını bildirib: “12-13 iyunda Ərzurumda Olimpiadaya lisenziya xarakterli yarış olacaq. Bu turnirdə Ramil Quliyev 200 metr məsafəyə qaçışda Avropa rekordu qırmağa çalışacaq. O, italiyalı Pyetro Menneaya məxsus olan və 37 ildir əlçatmaz olan 19,72-lik rekordu Ərzurumda yeniləyərək, tarixə keçmək istəyir”.

Qeyd edək ki, Ramil Quliyev Türkiyə atletika yığmasının ilk dünya çempionudur.

Müəllif: Bəhruz MƏMMƏDOV