Rumınlar yığmamıza rəhm etmədi
ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyada ilk yoxlama oyununu keçirib. Qızıl Avropa Liqasına hazırlaşan yığmamız ev sahibləri ilə gücünü yoxlayıb.
Görüş rəqibin asan qələbəsi ilə yekunlaşıb. Rumıniya yığması təmsilçimizi 4:0 (25:18, 25:19, 26:24, 25:17) hesabı ilə məğlub edib.
Komandalar arasında bu gün daha bir sınaq görüşü nəzərdə tutulub.
Qeyd edək ki, mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.