Voleybolçularımız Rumıniya ilə yoxlama oyunları keçirəcək
ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2 yoxlama oyunu keçirəcək. Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv Qızıl Avropa Liqasına hazırlıq çərçivəsində oyunların ilk dövrəsinin ev sahibi olacaq Rumıniya ilə gücünü yoxlayacaq.
Görüşlər Kluj şəhərində mayın 24-də və 25-də baş tutacaq.
Qeyd edək ki, mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.