Gənclərimiz Özbəkistana uduzdu
ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukrayna Futbol Federasiyasının Kiyevdə təşkil etdiyi Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci oyununu keçirib.
Komandamız bununla turnirdəki çıxışını başa vurub.
Baş məşqçi Milan Obradoviçin yetirmələri Özbəkistanla qarşılaşıb. Budəfəki görüşün də taleyini 1 qol həll edib. Jasurbek Jaloliddinovun 75-ci dəqiqədə vurduğu yeganə qola qarşılıq verə bilməyən millimiz 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, U-21 yığmamız dünən ilk görüşündə meydan sahibi Ukrayna üzərində 1:0 hesablı qələbə qazanıb.