Premyer Liqada yayım hüququna görə qazanclar
ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqa klublarının 2020/21 mövsümündə yayım hüququndan qazancları müəyyənləşib.
Yayımçı şirkət elita təmsilçilərinə ödənişi artıq edib.
Diqqətçəkən məqam 20 klubun qazancı arasında elə böyük fərqin olmamasıdır. Məsələn, çempion “Mançester Siti” büdcəsinə 163 milyon funt-sterlinq əlavə edibsə, sonuncu yeri tutan “Şeffild Yunayted”də bu məbləğ 125 milyon olub.
1. “Mançester Siti” - 163 milyon funt-sterlinq
2. “Mançester Yunayted” - 161 milyon
3. “Liverpul” - 159 milyon
4. “Çelsi” - 157 milyon
5. “Lester” - 155 milyon
6. “Vest Hem” - 153 milyon
7. “Tottenhem” - 151 milyon
8. “Arsenal” - 149 milyon
9. “Lids” - 147 milyon
10. “Everton” - 145 milyon
11. “Aston Villa” - 143 milyon
12. “Nyukasl” - 141 milyon
13. “Vulverhempton” - 139 milyon
14. “Kristal Pelas” - 137 milyon
15. “Sauthempton” - 135 milyon
16. “Brayton” - 133 milyon
17. “Bernli” - 131 milyon
18. “Fulhem” - 129 milyon
19. “Vest Bromviç” - 127 milyon
20. “Şeffild Yunayted” - 125 milyon