Millimizin futbolçusu Türkiyə Super Liqasında oynaya bilər

ESTAFET/ Millimizin yeni futbolçularından olan Anatoli Nuriyev Türkiyə Super Liqa klubundan təklif alıb.

Bu barədə “Rizespor” klubunun baş məşqçisi Bülənt Uyqun “Türkiyədən futbol” verilişinə telefonla bağlanarkən deyib.

Onun sözlərinə görə, Nuriyevi klubun heyətinə qatmaqda ciddi maraqları var.

Qeyd edək ki, Anatoli Nuriyev Ukraynanın “Minay” klubundan ayrılıb. Onun Ukraynanın “Kolos” və Azərbaycanın “Sabah” klublarından da təklif aldığı bildirilirdi.

Müəllif: Natiq NƏSİROV