“Sabah”ın yola saldığı futbolçu sayı 7 oldu
ESTAFET/ “Sabah”da daha bir futbolçu ayrılığı baş verib. Klubun rəsmi saytının məlumatına görə, bakılılar yarımmüdafiəçi Elşən Abdullayevlə vidalaşıb.
Məşqçilər korpusu müqavilə müddəti başa çatan 27 yaşlı oyunçuya yeni sözləşmə təklif etməmək qərarına gəlib. O, 2018-ci ildən bu komandada çıxış edib.
Qeyd edək ki, bu, “Sabah”ın yay fasiləsində 7-ci ayrılığı olub. Rəhbərlik Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba və Dmitro Klotsla da sağollaşıb.