Kamal Quliyev "Keşlə"dən göndərilib

ESTAFET/ “Keşlə”nin məşqçilər korpusunda ayrılıq baş verib. Sənan Qurbanov Kamal Quliyevi öz korpusundan uzaqlaşdırıb.

O, ötən ilin yayından klubda məşqçi işləyən sabiq yığma üzvünü istəmədiyini rəhbərliyə bildirib və iddia edib ki, Quliyev işinin öhdəsindən gəlməməklə yanaşı, komanda daxilində atmosferi pozur.

Qeyd edək ki, "Keşlə"nin idman direktoru Ceyhun Sultanovla da yolları ayrılıb. (sportinfo.az)

Müəllif: Estafet.az