Norveç millisinin üzvünün “Qarabağ”a transferi çətinləşir
ESTAFET/ APOEL-in yarımmüdafiəçisi Qayas Zahidin “Qarabağ”a keçmək şansı azalıb. Kipr mətbuatının məlumatına görə, 27 yaşlı pleymeykerlə maraqlanan klubların sayı gündən-günə artır.
Norveç millisinin üzvü “Qarabağ”, “Ankaragücü”, “Qalatasaray”, “Panatinaikos” və BƏƏ klublarından sonra “Omoniya”dan da təklif alıb. Həmçinin APOEL də aparıcı futbolçusunu saxlamaq niyyətindədir və ona yeni müqavilə təklif edib. Zahid özü isə açıqlamasında Kiprdən daha güclü liqada oynamaq arzusunda olduğunu söyləyib.
Qeyd edək ki, APEOL Qayas Zahidi 2017-ci ildə 500 min avro qarşılığında “Valerenqa”dan alıb.