İngilislərin AÇ-dən kənar qalan xəyallar komandası

ESTAFET/ AVRO 2020-nin əsas favoritləri sırasında göstərilən İngiltərə millisinin turnirə aparılacaq “26-lığ”ı məlumdur. Son illər istedadlı gəncləri yetişdirməklə diqqət çəkən ingilislərdə yığmanın baş məşqçisi Qaret Sautqeyt üçün seçim etmək heç də asan olmayıb.
Yığmanın heyətində qitə birinciliyinə yollanmağa ümid edən bir çox tanınmış oyunçu kənarda qalmalı olub. Həmin futbolçular AVRO 2020-yə yollanan bir çox millilərin xəyal edəcəyi səviyyədədir.
Avropa çempionatına aparılmayan bir neçə ingiltərəli oyunçunu təqdim edirik:
Fikayo Tomori (mərkəz müdafiəçisi) – “Çelsi”
Aaron Van-Bissaka (sağ cinah müdafiəçisi) - “Mançester Yunayted”
Erik Dayer (dayaq yarımmüdafiəçisi) – “Tottenhem”
Ceyms Uord-Prous (dayaq yarımmüdafiəçisi) - “Sauthempton”
Dele Alli (orta sahə) – “Tottenhem”
Harvi Barns (sol cinah yarımmüdafiəçisi) – “Lester”
Ceyms Maddison (pleymeyker) – “Lester”
Cessi Linqard (pleymeyker) - “Mançester Yunayted”
Kallum Hadson-Odoi (vinger) – “Çelsi”
Patrick Bamford (hücumçu) - “Lids”
Temmi Abraham (hücumçu) – “Çelsi”
Denni İngz (hücumçu) – “Sauthempton”
