Bellami aqqressivliyinə və oyunçunu qorxutduğuna görə işindən uzaqlaşdırılıb

ESTAFET/ "Liverpul"un və Uels yığmasının keçmiş futbolçusu Kreyq Bellami müvəqqəti olaraq "Kardiff"in 18 yaşlılardan ibarət komandasının baş məşqçisi postundan uzaqlaşdırılıb. BBC bu qərarın mütəxəssisin davranışından olan şikayətlə əlaqədar olduğunu bildirib. 

Komandanın oyunçularından birinin sözlərinə görə, Bellami ona qarşı aqressiv davranıb və onu qorxudub. Həmin oyunçunun komandanı tərk etməsinə baxmayaraq, daxili araşdırmanın aparılmasına qərar verilib. 

Bellami baş verənlər haqda aşağıdakıları söyləyib:

"Haqqımda olan ittihamları biliriəm, ancaq bunu kəsinliklə rədd edirəm. İşimə dönməyi fikirləşirəm və artıq hüquqi məsləhət üçün müraciət etmişəm. Başa düşürəm ki, ittihama cavab olaraq klub daxili araşdırma aparmalıdır. Lakin, ittihamın özü ilə bərabər, onun necə edilməsindən çox məyus olduğumu demək istəyirəm".

Müəllif: Natiq NƏSİROV