Obameyanq Berqkampa şərik oldu

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasının VII turunun dünən gecə baş tutan “Mançester Yunayted” - “Arsenal” qarşılaşması bərabərliklə yekunlaşıb - 1:1. Qarşılaşmada “topçular”ın yeganə qoluna imza atan Pyerr-Emerik Obameyanq bu mövsüm 7 çempionat oyununda 7-ci qolunu vurub.

Qabonlu hücumçu bu göstəricidə “Arsenal”ın keçmiş futbolçusu Dennis Berqkampın rekordunu yeniləyib. Sabiq holland oyunçu 1997/98 mövsümüdə ilk 7 turda 7 qol vurmuşdu.

Qeyd edək ki, "Arsenal" hazırda 12 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

Müəllif: Natiq NƏSİROV