Yeniyetmə boksçular mübarizəyə başlayır

ESTAFET/ Dünəndən etibarən yeniyetmə boksçular arasında Bakı birinciliyi start götürüb. Boks Mərkəzində təşkil olunacaq yarışda 138 idmançı gücünü yoxlayacaq.

Birinciliyə paytaxtın müxtəlif klub və cəmiyyətlərinin komandaları qatılacaqlar. Yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Döyüşlər saat 15:00-da başlayacaq. Final qarşılaşmaları isə noyabrın 16-da olacaq.

Müəllif: Məsim MƏSİMZADƏ