ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Mançester Siti”nin futbolçusu Qabriel Jezusdur. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Braziliyalı hücumçu komandasının Zaqreb “Dinamo”sunu 4:1 hesabıyla məğlub etdiyi oyunda 3 qol vurub.

Müəllif: Orxan NOVRUZOV