“Naxçıvan” “Sumqayıt”a qalib gəldi

ESTAFET/ Azərbaycan Basketbol Liqasının 2-ci turuna yekun vurulub.

Günün ikinci oyununda "Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 103:89.

Günün ilk matçında "Sərhədçi" "Lənkəran"dan üstün olub - 84:70.

Turun əvvəlki oyunlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.

Müəllif: Məsim MƏSİMZADƏ