“Kəpəz” sabiq oyunçusunu qaytardı

ESTAFET/ “Kəpəz” daha bir futbolçunun keçidini həll edib.
"Sarı-göylər" Rauf Hüseynlini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Rauf ötən mövsümü də "Kəpəz"də keçirib.
