“Böyük dəbilqə”nin tarixi Zəfər Bayramına təsadüf edəcək

ESTAFET/ Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin vaxtı açıqlanıb. Yarış noyabrın 5-7-də baş tutacaq.

Ənənəvi olaraq hər ilin mayında ölkəmizə toplaşan cüdoçular bu dəfə payızda bir araya gələcək. 

Koronavirus pandemiyası səbəbindən ötən il yarış baş tutmayıb. Bu il keçirilməsi planlaşdırılan turnirin təşkili isə yalnız noyabrda mümkün olub.

Müəllif: Natiq NƏSİROV