Türkiyədə azarkeşlərlə bağlı vacib qərar
ESTAFET/ Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası keçirilib.
Yığıncaqda 2021/22 mövsümündə peşəkar liqalarda tamaşaçıların stadionlara buraxılması müzakirə edilib.
Qərara alınıb ki, yeni mövsümdə oyunlara stadionun tutumunun 50 faizi qədər tamaşaçı buraxılsın. Lojalara isə sayla bağlı limit tətbiq olunmayacaq.