"Beşiktaş" Santosla yollarını ayırıb

ESTAFET/ Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Fernando Santosla yollarını ayırıb.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb.

“Beşiktaş" ötən gün Super Liqanın 32-ci turunda "Samsunspor"la heç-heçə edib - 1:1. Komanda hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.

Müəllif: Əli FƏRZƏLİYEV